Millət vəkili seçicilərlə görüşüb - FOTOLAR

20.10.2015 18:09     Sosreaksiya     3009

Oktyabrın 17-də 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Bala Bəhmənli kəndinin seçiciləri ilə görüş keçirilib.

Reaksiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan edib. Daha sonra Bahar Muradovanın həyat və fəaliyyəti haqqında geniş məlumat verən Almaz xanım son 5 ildə Bahar Muradova tərəfindən istər ölkə daxili istərsə də ölkə xarici gördüyü işlərdən danışaraq görüş iştirakçılarına məlumat verib.

Çıxış edən qonaqlar hər kəsi seçkidə fəal olmağa və YAP-nın namizədlərinə səs verərək növbəti 5 il də də yenidən Heydər Əliyev yolunu birlikdə addımlamağa dəvət edib.

Kənd sakinləri Malik Novruzov, Hüseyn Məmmədov, Arzuman Hüseynov, Seymur Əliyev və şəhid atası İsmayıl İsmayılov çıxış edərək ölkə rəhbərliyinin apardığı daxili və xarici siyasəti dəstəklədiklərini və məhz buna görə də YAP-nın namizədlərinə səs verəcəklərini bildirərək Bahar Muradovanın böyük səs çoxluğu ilə qələbə qazanacağını əminliklə ifadə ediblər. Namizədi müxtəlif cəhətdən xarakterizə edən seçicilər YAP-nın ideyalarının ardıcıl olaraq həyata keçirilməsində göstərdiyi fəaliyyətini bəyəndiklərini ifadə edərək ona bu siyasi kompaniyada uğurlar arzulayıblar.

Seçiciləri qarşısında çıxış edən Bahar Muradova parlament seçkilərində YAP-nın namizədi olduğundan və Milli Məclisdə məhz bu bölgəni təmsil etməsindən qurur duyğularını bildirmiş və bundan sonra da ölkə rəhbərliyinin və YAP-nın sədri cənab İlham Əliyevin siyasi xəttinin davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etmək əzmində olduğunu ifadə edib. O, bildirib ki, yalnız Heydər Əliyev dühasından doğan ideologiya Azərbaycanın xoşbəxtliyinin təminatı ola bilər və bu siyasətin alternativi mövcud deyil. Azərbaycan dinamik inkişaf yolundadır, onun demokratik, güclü sütünları mövcuddur. Ona görə də bizi yeni, daha yüksək hədəflərə çatdıracağına heç bir şübhə yoxdur. Bahar Muradova toplantı iştirakçılarına ölkə rəhbərliyinə və öz ünvanına söylənən xoş sözlərə və münasibətə görə seçicilərə təşəkkür edib və kənd sakinlərini seçkilərdə fəal olmağa, YAP-nın namizədlərinə səs verməyə çağırıb.

 

 

Şərhlər