Şirvanda məskunlaşmış füzulililər Bahar Muradovanı dəstəkləyir - FOTOLAR
20.10.2015 22:29 Sosreaksiya 2125
Oktyabrın 16-da 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova Füzuli rayonunun Şirvan şəhərində məskunlaşmış seçiciləri ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan edib. Daha sonra deputatlığa namizəd Bahar Muradovanın geniş fəaliyyəti və tərcümeyi halı haqqında görüş iştirakçılarına məlumat verilib.
Çıxış edən kənd sakinləri Bahar Muradova ilə hər zaman fəxr etdiklərini vurğulayaraq, seçiləcəyi təqdirdə bundan sonra da uğurlar arzulayıblar. 10 nömrəli məktəbin müəlliməsi Könül Axundova Bahar xanımın fəaliyyətini dəstəklədiklərini və hər zaman onun yanında olacaqlarını bəyan edib. Məcburi köçkünlərin Füzuli rayonu üzrə nümayəndəsi Tehran ibrahimov çıxış edərək ulu öndərimizin vaxtilə Azərbaycan xalqına göstərdiyi əvəzsiz xidmətlərdən söz açaraq bu gün onun layiqli davamçısı, YAP-nın sədri cənab İlham Əliyevin ətrafında daima sıx birləşəcəklərini qonaqlara anladıb. YAP-nın Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov Azərbaycanda artan sosial-iqtisadi inkişafdan danışaraq bu gün Azərbaycanın dünya bazarında xüsusi yer tutduğunu və avropa ölkələri içərisində xüsusi nüfuza malik olduğunu görüş iştirakçılarına çatdırıblar.
YAP-nın deputatlığa namizədi Bahar Muradova seçicilərinə belə səmimi və xoş sözlərə görə minnətdarlığını bildirdi. Bahar Muradova yeniləşən Azərbaycan modelinin uğurlu siyasəti, vaxtilə bizi çətinliklərdən qurtaran, xalqın mənafeyini hər zaman üstün tutan Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirilib. Bu gün bu siyasəti yorulmadan, əzmlə və böyük siyasi bacarıqla davam etdirən YAP-nın sədri, ölkə başcısı cənab prezident İlham Əliyevin dünyada xüsusi nüfuza malik olduğunu qeyd edən Bahar xanım, hər zaman olduğu kimi bu dəfə də seçicilərini ölkəni çiçəklənməyə və inkişafa doğru aparan YAP-nın namizədlərinə səs verməyə və növbəti 5 il üçün də ulu öndərin izi ilə cənab prezidentin siyasətinə sadiq qalmaqla birgə addımlamağa dəvət edib.
Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul eedərək onların təkliflərini dinləyib.
Şərhlər