Hollandiyalı araşdırmaçı tələbələr BAMF-da olub - FOTOLAR

20.10.2015 23:00     Sosreaksiya     1828

Bu gün Hollandiyanın Utrex Tətbiqi Elmlər Universitetinin tətbiqi elmlər fakültəsinin bir qrup araşdırmaçı tələbələri – Yoeri Vugts, Marjdein Bax və Mart Grol Beynəlxalq Avrasiya Mətbuat Fondunun Bakı ofisində olublar.

Reaksiya.az xəbər verir ki, təşkilatın sədri Umud Mirzəyev ilə görüşən tələbələrə onları maraqlandıran araşdırma mövzuları olan qaçqın və məcburi köçkünlərin vəziyyəti barəsində məlumatlar verilib.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi zamanı öz torpaqlarından didərgin düşmüş soydaşlarımız haqqında, Dağlıq Qarabağ probleminin yaratdığı çətinliklərdən və bunun insanların həyatında buraxdığı silinməz izlərdən söhbət açılıb. Qonaqlara hal-hazırda işğal altında olan 20% Azərbaycan torpaqları barəsində geniş məlumatlarlar verən BAMF-ın sədri bildirib ki, regionda sülhün və əmin amanlığın bərəqərar olamasının əsas səbəblərindən biri bu problemin həllinin öz həllini tapmamasıdır.

Həmçinin BAMF-ın sədri bu yönümdə keçirdiyi layihələr barəsində və təşkilatın gördüyü işlər haqqında qonaqları məlumatlandırıb.

Daha sonra qonaqlar BAMF-ın Bakı ofisi ilə tanış olublar.

Şərhlər