Bakı və Gəncə apellyasiya məhkəmələrinə hakimlər təyin edilib
21.10.2015 00:45 Sosreaksiya 1689
Reaksiya.az-ın məlumatına görə, Milli Məclisin qərarı ilə oktyabrın 26-da səlahiyyət müddəti bitən Cəfərov Namiq Şamil oğlu, Hacıyev Sənan Firudin oğlu və Hüseynov Abiddin Qabil oğlu Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilib.
Azər Vahid oğlu Bayramov isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.
Qərar 2015-ci il oktyabrın 26-dan qüvvəyə minir.
Şərhlər