3 uşaq atası qətlə yetirilib - Lənkəranda

21.10.2015 03:17     Sosreaksiya     1782

Lənkəranda qətl hadisəsi törədilib.

Reaksiya.az-ın anspress-ə istinadən məlumatına görə, hadisə rayonun Girdəni kəndində, axşam saat 21:00 radələrində baş verib.

Girdəni kənd sakini, 1973-cü il təvəllüdlü Əsgərov Zahir Fərman oğlu şəxsi münasibətlər zəmnində tanışı və həmkəndlisi, 1975-ci il təvəllüdlü Abdullayev Müşfiq Məzahir oğlunu bıçaqla döş qəfəsindən vurub.

Müşfiq Abdullayev hadisə yerindəcə keçinib. Mərhumun meyiti daxili və xarici müayinə edilməkdən ötrü məhkəmə tibbi ekzpertiza və pataloji anatomiya birliyinin Lənkəran zona şöbəsinə təhvil verilib. Mərhumun 3 uşaq atası olduğu bildirilir.

Lənkəran rayon polis şöbəsindən verilən məlumata görə, qətli törətməkdə təqsirli bilinən Zahir Əsgərov hələ ki, saxlanılmayıb. Z.Əsgərov bundan əvvəl də məhkumluq həyatı yaşayıb. Cinayətin motivləri barədə hələlik heç bir məlumat verilmir.

Faktı Lənkəran Rayon Prakurorluğu araşdırır.

Şərhlər