Fuad Muradov Xətai seçiciləri ilə görüşdü

21.10.2015 11:46     Sosreaksiya     2049

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası çərçivəsində bu gün  Məhəmməd Hadi küçəsində 8 binanın sakinləri ilə görüş keçirilib.

Reaksiya.az xəbər verir ki, seçicilərlə görüşən Fuad Muradov bildirib ki, bu gün görülən bütün işlər Azərbaycanımızın inkişafı üçündür.

“Bu gün insanlarımızın rifahının yaxşılaşdırılması üçün dövlət tərəfindən işlər görülür. Biz isə öz növbəmizdə hansı sahədə olmağımızdan asılı olmayaraq ölkəmizin yeni uğurlara imza atması üçün çalışmalıyıq.”

Sakinlər namizədin platformasında öz əksini tapan məsələlərin onları narahat edən problemlərlə üst-üstə düşdüyünü vurğulayıblar. Qeyd olunub ki, ötən 10 il müddətində Fuad Muradov istər Səbail rayonunda gördüyü işlərlə, istərsə də Azərbaycanı beynəlxalq səviyyədə təmsil etməsi ilə hər zaman seçilib. Bir fikir də xüsusi olaraq vurğulanıb ki, 1 noyabrdan sonra Fuad Muradov Xətai rayonunun deputatı olaraq fəaliyyətini davam etdirəcəkdir.

Şərhlər