Azərbaycanlı yazarın kitabları Kazanda təqdim olunacaq

21.10.2015 13:10     Sosreaksiya     1621

Kazanda Yunus Oğuzun kitablarının təqdimatı keçiriləcək.

Oktyabrın 21-də Tatarıstan Yazıçılar Birliyinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə müəllif, yazıçı-publisist, dramaturq Yunus Oğuzun rus dilində nəşr olunan kitablarının təqdimatı keçiriləcək.

Bu barədə şair Əkbər Qoşalı Reaskiya.az-a məlumat verib.

Məlumatda qeyd olunur ki, təqdimat mərasimində müəllifin müxtəlif illərdə və müxtəlif ölkələrdə rus dilində nəşr olunmuş kitabları (Tamerlan-Put k verşine, Tamerlan-Vlastelin mira-Moskva, Attila-Bakı, Novıya vzqlyadı na istorii tyurkov-Kiyev, Jena şaxa i koldun-Bakı) ətrafında müzakirələr aparılacaq.

Tədbirə müəllif ilə yanaşı şair Əkbər Qoşalı da qatılacaq.

Şərhlər