Xarici jurnalistlər BAMF-da oldu - FOTOLAR
21.10.2015 13:50 Sosreaksiya 2279
Bu gün Avropanın 7 ölkəsini (İtaliya, Almaniya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Hollandiya və İsrail) təmsil edən bir qrup xarici jurnalist Beynəlxalq Avrasiya Mətbuat Fondunda səfərdə olub.
Reaksiya.az xəbər verir ki, səfərin əsas məqsədi dondurulmuş münaqişələr, münaqişələrin region ölkələrinə təsiri, Qarabağın Azərbaycanın ictimai-siyasi, sosial həyatında önəmli rolu, münaqişələrin həllində qarşılıqlı əməkdaşlıq perspektivləri, eləcə də həll yolları ilə bağlı fikir mübadiləsi aparmaq, vətəndaş cəmiyyəti strukturlarının fəaliyyəti ilə tanış olmaqdan ibarət olub.
Müzakirələr zamanı BAMF-ın sədri Umud Mirzəyev münaqişələrin həllində Azərbaycanın haqlı mövqeyi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, dünyanın əsas güc mərkəzlərinin işğal faktoruna göz yumması, BAMF-ın müharibənin təsirinə məruz qalmış ərazilərdə uzunmüddətli fəaliyyətinə dair qonaqlara ətraflı məlumat verib. O, dünya ictimaiyyətini, beynəlxalq qurumları, media orqanlarını Azərbaycanın üzləşdiyi bu haqsızlığa dözməməyə çağırıb. İşğal faktorunun uzun müddətdir davam etməsinin Azərbaycan vətəndaş cəmiyyəti qurumlarında, sadə insanlar arasında qərb dövlətlərinə inamsızlıq və etimadsızlıq mühitinin yaratdığını ifadə edib. Qeyd edək ki, xarici jurnalistlərin səfəri "İrəli" ictimai birliyinin layihəsi əsasında reallaşdırılıb.
Şərhlər