Eldar Mahmudovun qohumu saxlanıldı - YENİLƏNİB

21.10.2015 17:37     Sosreaksiya     2335

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Beytulla Hüseynov artıq hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

15:20

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) rəhbəri Beytulla Hüseynovun vəzifəsindən azad olunması təsdiqlənib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.

Nazirlikdən bildiriblər ki, B.Hüseynov nazir Əli Abbasovun əmri ilə işdən azad olunub.

Qeyd edək ki, B.Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. E.Mahmudov Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Şərhlər