Boğazında nar dənəsi qalan 7 aylıq qız öldü - Zaqatalada

21.10.2015 16:38     Sosreaksiya     2060

Zaqatala rayonunda boğazında nar dənəsi qalan 7 aylıq qız ölüb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə körpənin dayısı Nurulla Muradov məlumat verib.

Məlumata görə, oktyabrın 20-də günorta saatlarında bacısı qızı Ruqiyyə Məmmədova yaşadığı evdə yediyi nar giləsi onun tənəffüs borusuna düşüb. Valideynləri körpəni Zaqatala Mərkəzi Rayon Xəstəxanasına aparsalar da, onlara uşağı Şəki MRX-a aparmağı məsləhət görüblər.

Dayısının sözlərinə görə, Zaqatala MRX-dan onlara heç bir həkim və təcili yardım maşını verilməyib. Uşaq həkim nəzarəti olmadan Şəki MRX-a aparıblar. Orada isə artıq körpəyə kömək edə bilməyəcəklərini deyiblər və Bakıya çatdırılması məsləhət görülüb. Körpə Bakıya gətirilərkən yolda keçinib.

Zaqatala MRX-dan fakt təsdiqlənib, körpəyə orada lazımi tibbi yardımın göstərildiyi bildirilib.

Uşaq doğulduğu Qımır kəndində torpağa tapşırılıb. 

Şərhlər