26 yaşlı gənc özünü bıçaqladı - Xaçmazda

21.10.2015 22:04     Sosreaksiya     1875

Xaçmaz rayonu, Xanlıqoba kənd sakini 1990-cı il təvəllüdlü İlyasov İsmayıl Valeh oğlu özünə bıçaqla xəsarət yetirib.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, hadisə Xanlıqoba kəndində qeydə alınıb.

Qarın boşluğundan bıçaq xəsarəti alan İ.İsmayıl Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta stabil olduğu bildirilir.

Xaçmaz rayon Polis Şöbəsindən (RPŞ) verilən məlumata görə, ilkin araşdırmalar zamanı həmin şəxsin özü-özünə xəsarət yetirdiyi aydınlaşıb.

Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar davam etdirilir.

 

Şərhlər