“Airbus” internet peykləri istehsal edəcək

18.06.2015 11:50     Sosreaksiya     2202

“Airbus” şirkəti kosmosdan internet peyk bazarına daxil olub. Şirkətin çıxaracağı 700 peykin 2018-ci ildə kosmosa buraxılması planlaşdırılır.

“Airbus” şirkəti “SpaceX”in müdiri Elon Muskun kosmosdan super sürətli internet bazarı layihəsinə rəqib olub. İngilis milyarder Richard Branson və Qualcommun ortaq cəhdi olan OneWeb, kosmik havaçılıq nəhənginə milyardlarla dollarlıq dəstək verildiyini açıqlayıb.

“Airbus” aldığı yardım çərçivəsində Dünya orbitini əhatə edəcək internet peyk şəbəkəsini kosmosa çıxaracaq. Hər bir peyk 150 kilo ağırlığında olacaq və bir dənəsinin xərci 500 min dolları keçməyəcək.

“Airbus”un layihə çərçivəsində 900 peyk çıxaracağı, 700 dənəsinin 2018-ci ildə kosmosa buraxılmasının planlaşdırıldığı ifadə edilib. Geridə qalan 200 peykin isə ehtiyat peyklər kimi istifadə edilmək üzrə Dünyada hazır gözləyəcəyi bildirilib.

“SpaceX” ilk dəfə ötən il açıqladığı internet peykləri planını qısa müddət əvvəl sürətləndirəcəyini bildirmişdi. Lazer texnologiyası ilə super sürətli internet daxil olmalar ilk başda ABŞ olmaqla dünyanın bir çox bölgəsinə təqdim etməyi hədəfləyən “SpaceX” ümumi 700 peyki kosmosa buraxmağı planlaşdırır.

Şərhlər

Çox oxunanlar