“Forbes”in Latviya versiyasında Azərbaycan haqqında məqalə dərc edilib
22.10.2015 02:17 Sosreaksiya 1430
“Trasta komercbanka” SC Şurasının sədri İqor Buymister nüfuzlu “Forbes” jurnalının Latviya versiyasına verdiyi müsahibədə Azərbaycanda mövcud olan biznes və istirahət imkanlarından danışıb. O deyib: “Elə görünərdi ki, Azərbaycan iqtisadiyyatı təkcə neft və qazdan asılıdır. Çünki bu ölkə dünyada neftin hasil edildiyi qədim və məşhur regionlardan biridir. Lakin dövlətin məqsədyönlü siyasəti nəticəsində qeydi-neft sektoru sürətlə inkişaf edir”. İ.Buymister bildirir ki, son illər Azərbaycanda təxminən 200 zavod, o cümlədən 40-dan çox iri müəssisə açılıb. Son 10 ildə sənaye istehsalı 2,7 dəfə artıb.
Nəqliyyat sahəsindən bəhs edən İ.Buymister qeyd edir ki, Azərbaycan Latviya vasitəsilə daşımaların təşkilində maraqlıdır. Çünki Azərbaycan sahibkarlarının nəzərində bu ölkənin aşkar üstünlüyü var. İ.Buymister əmindir ki, Latviyanın Azərbaycan ilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq edə bilər. Belə ki, 2010-cu ildən etibarən bu sahə Azərbaycanda prioritet istiqamətlərdən biridir.
İ.Buymister Azərbaycanda istirahətin özəlliyinə toxunaraq qeyd edib ki, Avropa və Asiya sivilizasiyalarının qovuşduğu məkanda yerləşən bu nadir ölkədə çoxlu sayda tarixi artefaktlar qorunaraq saxlanılıb. Ölkənin əsrarəngiz təbiətə malik olduğunu vurğulayan “Trasta komercbanka” SC Şurasının sədri deyib: “Köhnə Bakıya - müasir tikililərin əhatəsində yerləşən tarixin bir parçası olan bu məkana mütləq gedin, pərəstiş olunan “Brilyant əl” filminin çəkildiyi yerlərlə tanış olun. Azərbaycan mətbəxinin nümunələrindən dadmamaq olmaz. Bu ölkənin mətbəxi dünyada misilsizdir”.
Şərhlər