Tanınmış ictimai-siyasi xadim vəfat edib

22.10.2015 02:28     Sosreaksiya     1644

Azərbaycanın tanınmış ictimai-siyasi xadimi vəfat edib.

Reaksiya.az-ın məlumatına görə, Sovet imperiyasının ruslaşdırma siyasətinə qarşı çıxmış, Azərbaycan dilinin, mədəniyyətinin müdafiəsinə qalxmış Allahverdi Qurbanov (Şəms Azəri) dünən gecə saatlarında 75 yaşında yaşadığı evdə qəflətən dünyasını dəyişib.

Qeyd edək ki, Qurbanov Allahverdi Hüseynəli oğlu 1940-cı ildə Biləsuvar rayonunda kolxozçu ailəsində anadan olub. Uzun illər kolxoz təsərrüfatında və bir çox ictimai-siyasi vəzifələrdə işləyib. Qüsursuz xidmətlərinə görə “Əmək veteranı” medalı ilə təltif olunub. 1965-ci il mayın 16-da Azərbaycan Milli Dilini Müdafiə Komitəsini yaradır. Komitənin sədri Allahverdi Qurbanov, müavinləri Paşa Əbdürrrəhimov və Şamil Quliyev seçilirlər. Bu səbəbdən 1965-ci ildə A.Qurbanov və onun məsləkdaşı Paşa Əbdülrəhimov barəsində Azərbaycan SSR Cinayət Məcəlləsinin 67-ci maddəsi ilə cinayət işi açılır. Sonda hər ikisi cəzanı ümumi rejimli 12 saylı islah əmək düşərgəsində çəkməklə 1 il azadlıqdan məhrum edilirilər. 

Şərhlər