Şeyxülislam ali müfti Talqat Tacuddin ilə görüşdü
22.10.2015 03:26 Sosreaksiya 1552
Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Rusiyanın Başqırdıstan Respublikasına səfər edib.
Reaksiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Ufa hava limanında azərbaycanlı qonağı Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin (RMMRİ) sədri, ali müfti Talqat Tacuddin qarşılayıb.
Allahşükür Paşazadə Ufada 22-23 oktyabr tarixlərində keçiriləcək "XXI əsrin təhsil məkanında İslam idealları və dəyərləri" VIII Beynəlxalq elmi-praktik konfransında iştirak edəcək.
RMMRİ-nin məlumatına görə, hava limanının rəsmi şəxslər və nümayəndələr zalında iki şeyxulislam arasında görüş olub. Tərəflər qarşıda duran forumun əsas məqamlarını müzakirə ediblər, həmçinin digər rəsmi şəxslərlə bir sıra görüşlərin keçirilməsini planlaşdırıblar.
Şərhlər