İşıqforların vaxt planı dəyişdiriləcək

22.10.2015 04:38     Sosreaksiya     1378

İşıqforların vaxt planında dəyişiklik ediləcək.

Reaksiya.az-ın məlumatına görə, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən bildiriblər ki, mərkəzin 24 saat işləməsinə baxmayaraq, qış mövsümünə keçidlə əlaqədar nəzarət daha da güclənəcək. Qış aylarında qarın yağması nəzərə alınaraq işıqforların vaxtında müəyyən dəyişiklik olacaq. Çünki bəzi iri küçə və prospektlərdə işıqforun yaşıl işığı uzun müddət yanır. Qarlı havada isə maşınlar yavaş hərəkət etdikləri üçün işıqfora gec çatırlar. Bu da yaşıl işığın boş yerə yanmasına səbəb olur. 

Elə bunları nəzərə alaraq bir sıra dəyişiklərin olacağı gözlənilir. Daha çox nəqliyyat vasitələrinin hərəkət etdiyi küçə və prospektlərdə isə işıqforların yaşıl işığının uzun müddətli yanması planlaşdırılır. Məqsəd yarana biləcək tıxacların qarşısının alınmasıdır. 

Hansı küçələrdəki işıqforlarda dəyişikliklərin olacağı barədə isə yaxın vaxtlarda məlumat veriləcək. İşıqforların vaxt planının dəyişdirilməsi ilə bağlı araşdırmalar aparılır. Hazırda siyahı hazırlanır. Siyahı məlum olduqdan sonra konkret işlərə başlanılacaq. İşlərə isə noyabr ayı ərzində başlanılacaq.

Şərhlər