Bələdiyyə qulluğunda işləmək istəyənlərin nəzərinə
22.10.2015 10:16 Sosreaksiya 1906
Azərbaycanda “Bələdiyyə qulluğuna müsabiqənin elan edilməsi, sənədlərin qəbulu, müsabiqənin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi Qaydası” təsdiq edilib.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin mətbuat xidmətindən verilib.
Qaydaya əsasən müsabiqə hər bir namizədin bilik səviyyəsinin, peşə hazırlığının, ümumi dünyagörüşünün, bələdiyyə icra aparatının struktur bölmələrində müvafiq vəzifələrə yararlı olmasının müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
Qaydaya görə, on altı yaşına çatmış, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, sosial mənşəyindən, əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən, ictimai və digər birliklərə mənsubiyyətindən asılı olmayaraq, müvafiq vəzifənin tələblərinə uyğun peşə hazırlığına malik olan və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən, habelə bələdiyyə qulluğuna qəbul edilmək üçün qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları bələdiyyə qulluğuna qəbul edilmək üçün müsabiqəyə buraxılırlar.
Bələdiyyə orqanlarına qulluğa qəbul olunmaq üçün müsabiqədə iştirak etmək istəyən şəxs müsabiqə elan edilən gündən etibarən 30 (otuz) gün müddətində bələdiyyənin icra aparatına aşağıdakı sənədləri təqdim etməlidir.
Sənədlərin qəbulu başa çatdıqdan sonra 30 (otuz) gün müddətində müsabiqə komissiyası tərəfindən müsabiqə keçirilir. Müsabiqə zamanı namizədin sual və tapşırıqları yerinə yetirməsi və müsahibə zamanı suallara verdiyi cavablar müsabiqə komissiyasının üzvləri tərəfindən ballarla qiymətləndirilir və “Namizədin müsabiqədə qiymətləndirilməsinə dair bal cədvəli” ilə rəsmiləşdirilərəkmüsabiqə komissiyasının sədrinə təqdim edilir.
Bu Qaydanın 3 nömrəli əlavəsinə əsasən hazırlanmış yekun protokol 2 (iki) il müddətində müsabiqə komissiyasında saxlanılır.
Namizədin tələbi əsasında ona 3 (üç) gün müddətində müsabiqənin nəticəsi üzrə topladığı bal haqqında təsdiq edilmiş formada arayış verilir.
Şərhlər