Ramil Usubov daha bir polis rəisini işdən çıxartdı

22.10.2015 10:22     Sosreaksiya     2111

Bakıda daha bir polis rəisi işdən çıxarılıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov tutduğu vəzifədən azad edilərək sərəncama götürülüb. Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, son günlər Bakıda bir sıra polis bölmələrinin rəisləri dəyişdirilib.

Şərhlər