Rusiyada bankı soyan bankir 250 milyonla Bakıya qaçıb - VİDEO

18.06.2015 12:13     Sosreaksiya     2145

Bankir Bakıdan da Dubaya uçub 
 

Rusiyada “Sberbank”da rəhbər vəzifələrdən birində çalışan Zeydullah Əhədullayev bankdan rekord məbləğdə pul oğurlayıb.

APA TV-nin versia.ru saytına istinadən verdiyi məlumata görə, Bankın Dağıstandakı şöbələrindən birinin rəhbəri Zeydullah Əhədullayev 250 milyon rubl oğurladıqdan sonra Bakıya gəlib.

 

Belə ki, mayın 18-də baş verən oğurluq hadisəsindən sonra bankirdən xəbər tutmaq mümkün olmayıb. Məsələyə Moskvadan göndərilən komissiya qarışıb. Araşdırmalardan sonra məlum olub ki, Zeydullah Əhədullayev bankdan ümumilikdə 250 milyon rubl oğurladıqdan sonra Azərbaycan ərazisinə keçərək Bakıya gəlib və buradan da Dubaya uçub.

 

Hazırda faktla bağlı araşdırmalar aparılır.

 

Şərhlər

Çox oxunanlar