Sabahdan yağışlar kəsiləcək

22.10.2015 12:41     Sosreaksiya     1846

Bakı və Abşeron yarımadasında oktyabrın 23-də bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gündüz dəyişkən buludlu olacaq, cənub küləyi əsəcək.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 2-7, gündüz 12-17 dərəcə isti olacaq.

Şərhlər