Vladimir Putin Leyla Əliyevanı medalla təltif etdi

22.10.2015 14:05     Sosreaksiya     2037

Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla Əliyevanın "Puşkin" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az apa-ya istindən xəbər verir ki, Leyla Əliyeva bu medala Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə layiq görülüb.

Sərəncam oktyabrın 20-də imzalanıb.

Şərhlər