Azərbaycanlı hacılarda kəskin virus aşkarlandı
22.10.2015 14:27 Sosreaksiya 1758
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Azərbaycandan olan Həcc missiyasının həkim briqadasının rəhbəri Həci Kitabullah Əkbərov zəvvarların bu virusa Səudiyyə Ərəbistanında yoluxduğunu bildirib.
Bunun kəskin respiratorlu virus infeksiyası olduğunu deyən K. Əkbərov bildirib ki, xəstəliyin əlamətləri ağır öskürək, asqırma, iştahasızlıq, oynaq-əzələ ağrıları və sairdir: “Həccdən qayıdan 500-dən çox hacı bu virusun daşıyıcısıdır. Buna da səbəb onların orada düzgün pəhriz saxlamamaları, soyuq su içmələri və digər məsələlərdir”.
Qeyd edək ki, bu il Azərbaycanda Həccə 2400 zəvvar gedib, onlardan 3-ü orada dünyasını dəyişib.
Şərhlər