İŞİD üzvü saxlanıldı - Zaqatalada

22.10.2015 14:40     Sosreaksiya     2003

Zaqatalada Suriyada döyüşən İŞİD üzvü tutulub.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Dövlət Sərhəd Xidmətindən verilib.

Məlumata görə, saxlanılan Beyləqan rayonu Birinci Şahsevən kənd sakini 1990-cı il təvəllüdlü Şirinov Babək Pəzviz oğlu Uzunqazmalar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən yaxalanıb.

Araşdırma zamanı müəyyən edilib ki, o əvvəllər Suriya ərazisində İŞİD silahlı birləşmələrinin tərkibində döyüşüb. B.Şirinovun məqsədi dövlət sərhədini pozaraq Gürcüstana, oradan Türkiyəyə və daha sonra Suriyaya keçərək İŞİD silahlı birləşmələrinə qoşulmaq olub.

Keçirilmiş əməliyyat-axtarış nəticəsində sərhəd pozucusuna vasitəçilik etmiş Zaqa­ta­la rayonunun Əliabad kənd sakini Şamxalov Əfqan Niyazi oğlu da saxlanılıb.

Şərhlər