Səhiyyə naziri əmr imzaladı

22.10.2015 16:36     Sosreaksiya     2209

Səhiyyə naziri Oqtay Şirəliyev psixoloqların tibb müəssisələrində fəaliyyəti barədə əmr imzalayıb.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.

L. Bayramova bildirib ki, əmr ölkədə psixi sağlamlıq xidmətinin gücləndirilməsi ilə əlaqədar ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət edən xəstələrin psixoloji müayinədən keçirilməsi, o cümlədən emosional və davranış problemlərinin aşkar edilməsi, psixoterapevtik üsullar vasitəsi ilə psixi sağlamlığın bərpa olunması və maarifləndirmə yolu ilə psixi pozuntuların qarşısının alınması məqsədilə imzalanıb.

Şərhlər