Prezident Lənkərana 4 milyon manat ayırdı

23.10.2015 01:06     Sosreaksiya     1425

Azərbaycan prezidenti İlham Əliyev Lənkəran şəhəri ərazisinə yağan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Reaksiya.az-ın məlumatına görə, Lənkəran şəhəri ərazisinə yağan leysan yağışlar nəticəsində dəymiş ziyanın aradan qaldırılması və çoxmənzilli binalarda təmir-bərpa işlərinin həyata keçirilməsi məqsədi ilə Lənkəran Şəhər İcra Hakimiyyətinə Azərbaycan prezidentinin ehtiyat fondundan 4 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 

Şərhlər