Məktəbə qılıncla hücum edən şəxs öldürülüb

23.10.2015 01:35     Sosreaksiya     1759

İsveçdə məktəbə hücum edən şəxs saxlanılarkən aldığı güllə yaralarından xəstəxanada keçinib. Reaksiya.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu insidentin baş verdiyi Trolxettan şəhərinin polis nümayəndəsi Tord Haraldson bildirib.  

Qeyd edək ki, bu gün Trolxettan şəhərində qılıncla silahlanmış üzü maskalı şəxs məktəbin yeməkxanasına daxil olaraq 12 və 15 yaşlı yeniyetmələr daxil olmaqla 4 nəfərə ağır xəsarətlər yetirib. Xəsarət alanlardan bir müəllim və bir məktəbli aldığı xəsarətlərdən xəstəxanada keçinib.    

Polisin məlumatına görə, hücum edən şəxs 20 yaşlı gənc olub.  Hadisənin digər təfərrüatları açıqlanmır.  

Şərhlər