Avtobus qəzaya uğradı - 15 nəfər öldü

23.10.2015 01:57     Sosreaksiya     1871

Pakistanın Pəncab vilayətinin şimal-şərqində yerləşən Pakpattan dairəsində sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 15 nəfər ölüb, 39 nəfər yaralanıb.

Reaksiya.az-ın məlumatına görə, avtobusdakı 54 sərnişinin hamısı zəvvar olub.

İlkin məlumata görə, nəqliyyat vasitəsinin sürücüsü sürət həddini aşıb və idarəetməni itirib. Nəticədə avtobus aşıb. Ölənlər arasında qadın və uşaqlar var.

Şərhlər

Çox oxunanlar