Ağcabədidə 59 yaşlı kişinin meyiti tapıldı
23.10.2015 09:56 Sosreaksiya 2073
Bu il oktyabrın 17-də itkin düşən Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun meyiti Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində tapılıb.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, meyit müayinə olunub və üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb. V. İsmayılovun meyiti ailəsinə təhvil verilib.
Qeyd edək ki, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.
Şərhlər