QMİ-dən Aşura günü ilə bağlı - Açıqlama
23.10.2015 12:24 Sosreaksiya 2103
Xəbər verildiyi kimi, sabah, yəni oktyabr ayının 24-ə ölkəmizdə Məhərrəm ayının Aşura günü, yəni ilk on günlüyüdür.
Qeyd edək ki, bu barədə Məhərrəm ayı girməmişdən öncə fətva vermişdi.
Görəsən, sabah məscidlərdə Aşura günü necə qeyd ediləcək, ümumiyyətlə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən sabahkı günlə bağlı hansı təziyə mərasimləri həyata keçiriləcək?
QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Reaksiya.az-a bildirib ki, Aşura günü ilə bağlı hər il olduğu kimi, bu il də qanvermə aksiyası keçiriləcək:
“Sabah respublikamızın müxtəlif məscid və ziyarətgahlarında qanvermə aksiyası keçiriləcək. Qanvermə aksiyası Yasamal rayonu Təzəpir məscidində, Yasamal rayonu Hacı Soltanəli məscidində, Səbail rayonu Bibi-Heybət məscidində, Səbail rayonu İçərişəhər Cümə məscidində, Suraxanı rayonu Qaraçuxur məscidində, Xəzər rayonu “Mir Mövsüm ağa” məscidində, Nizami rayonu Keşlə qəsəbə məscidində, Sumqayıt şəhər “Cümə” məscidində, Gəncə şəhər “İmamzadə” məscidində, Mingəçevir şəhər “Heydər” məscidində, Şəki şəhər “Cümə” məscidində, Lənkəran şəhəri Böyükbazar məscidində, Bərdə şəhər “Cümə” məscidində, Nəsimi rayonu Əjdərbəy məscidində keçiriləcək. Onu da qeyd edim ki, Lənkəran şəhəri Böyükbazar məscidində qanvermə aksiyası Aşura gününgən bir gün əvvəl, yəni 23 oktyabr tarixində Tasua günündən başlayacaq”.
Yasamal rayonu Təzəpir məscidinin axundu Hacı Faiz söyləyib ki, bu ilki Aşura günü də ötən illərdəki kimi qeyd olunacaq: “Neçə illərdir ki, Şeyximiz Hacı Allahşükür Paşazadənin təşəbbüsü ilə qanvermə aksiyası keçirilir və bu sabah da baş tutacaq. Sabah saat 9-dan bu aksiyamıza qoşulmaq istəyən hər bir kəs məscidimizə gələrək qan verə bilər. Həmçinin baş verə biləcək izdihamın qarşısını almaq üçün də lazımi tədbirlər görmüşük”.
Şərhlər