Sabah dünya mavi rəngə boyanacaq
23.10.2015 12:19 Sosreaksiya 1969
Sabah Avstraliyadan başlayaraq Cənubi Sudana qədər dünyanın bir çox ölkələrində 250-dən çox teatr, muzey və digər memarlıq nümunələri BMT-nin rəsmi rəngi olan mavi rəngə boyanacaq.
Reaksiya.az apa-ya istinadən xəbər verir ki, “dünyanı mavi rəngə boya” adlı kampaniya ilə BMT-nin 70 illik tədbirlərinə start veriləcək.
Kampaniyaya Yeni Zelandiyadan başlanılacaq.
BMT-nin Nyu-Yorkdakı iqamətgahı isə 23-24 oktyabrda mavi rəngə boyanacaq.
“BMT Nizamnaməsinin həmişəyaşar prinsipləri bizim bələdçimiz olacaq. Bizim ümumi vəzifəmiz xalqlarımıza xidmət etməkdir”, - deyə BMT baş katibi Pan Gi Mun bəyan edib.
Sidney Operası, Sankt-Peterburqdakı Ermitaj, Nyu-Yorkdakı Empire State Building, Böyük Çin Səddi, Gizadakı piramidalar və İordaniyadakı Petra şəhərinin də mavi rəngə boyanacağı gözlənilir.
BMT-nin 70 illiyi ilə bağlı “daha güclü BMT, daha güclü dünya” şüarı altında tədbirlər keçirilir.
Qeyd edək ki, Azərbaycanda da Heydər Əliyev Mərkəzinin binası oktyabrın 24-də - BMT günündə bu aksiya çərçivəsində mavi rəngə boyanacaq.
Şərhlər