Ermənilər Tərtərdə yanğın törədib - Hadisə
18.06.2015 13:50 Sosreaksiya 2162

APA-nın Qarabağ bürosunun xəbərinə görə, keçmiş Ağdərə rayonunun işğal altında olan Qızıloba kəndinin ərazilərinə od vurulub. Alov qısa müddət ərzində genişlənərək Tərtərin Qarağacı, Qapanlı, Qaradağlı kəndlərinə doğru yaxınlaşıb. Yerli sakinlərin və Tərtər yanğınsöndürmə briqadalarının birgə səyi nəticəsində sözügedən yaşayış məntəqələrinin əkin sahələrinə zərər dəyməyib. Yanğın gecə yarısınadək davam edib.
Şərhlər