DİN-dən kütləvi zəhərlənmə ilə bağlı - Açıqlama

23.10.2015 13:24     Sosreaksiya     1875

Daxili İşlər Nazirliyi Bakıda baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Reaksiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəvər verir ki, oktyabrın 22-də Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən yataqxanada yaşayan 28 nəfər (4 kişi, 5 qadın, 19 azyaşlı) içməli sudan zəhərlənib. Onlar 5 saylı Yolxucu Xəstəliklər Xəstəxanasına yerləşdiriliblər. Onlardan 8 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır. 

Şərhlər