Yaqub Eyyubova "Şərəf" ordeni verilib

24.10.2015 00:33     Sosreaksiya     1512

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubovu və "Gəncə Avtomobil Zavodu" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyevi "Şərəf" ordeni ilə təltif edib.

Reaksiya.az-ın xəbərinə görə, bu barədə Belarus prezidentinin rəsmi saytı məlumat yayıb.

Y.Eyyubov və X.Fətiyev Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə yüksək mükafata layiq görülüblər.

Şərhlər