Azərbaycan nümayəndələri beynəlxalq simpoziumda iştirak ediblər
24.10.2015 01:14 Sosreaksiya 1403
Reaksiya.az-ın məlumatına görə, tədbirdə Azərbaycan Dövlət Universiteti, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Slavyan Universiteti, Naxçıvan Dövlət Universiteti və Qars Qafqaz Universitetində çalışan azərbaycanlı alimlər iştirak ediblər.
Simpoziumun bölmələrində azərbaycanlı alimlərdən Şəhla Əhmədova, Gülnarə Qocayeva-Məmmədova, Şurəddin Məmmədli, Mahmud Hacıxəlilov, Seyid Surə, Behruz Bekbabayi, Ellada Gərayzadə, Firəngiz Paşayeva, Müjgan Məmmədova, Rahilə Quliyeva, Tahir Məmməd, İslam Vəliyev, Ramil Bayramov, Mehriban Quliyeva, Vahidə Cəfərzadə və başqaları müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Natiqlər "Çağdaş türk ləhcələri və ədəbiyyatları" bölümündə müxtəlif mövzularla çıxış edərək simpoziumu ölkələr arasında körpü və mədəniyyətlərin birliyi kimi qiymətləndiriblər. Qeyd olunub ki, türk ədəbiyyatında Azərbaycan mövzusu getdikcə özünə daha möhkəm yer tutur. Tədbirdə həmçinin Gürcüstan və İran universitetlərindən simpoziuma qatılan azərbaycanlı alimlər də çıxış edib.
Beynəlxalq simpoziumun bu gün keçirilən bölməsində Nizami Məmmədzadə "Gürcüstanda Azərbaycandilli mətbuatın tarixi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi müxtəlif ölkələrdən gələn nümayəndələrə, alimlərə, qonaqlara və Qars Qafqaz Universitetinin tələbələrinə Gürcüstanda Azərbaycandilli Milli Mətbuatımızın yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib, həmçinin onun müəllifliyi ilə nəşr olunan "Gürcüstanın azərbaycanlı jurnalistləri" kitabını da tədbir iştirakçılarına təqdim edib.
Qeyd edək ki, simpoziumda səsləndirilən məruzələr tədbirdən sonra həm elektron, həm də kitab şəkilində tədbir iştirakçılarına çatdırılacaq. Tədbirdə çıxış edən Nizami Məmmədzadə Qars Qafqaz Universitetinin rəhbərliyi tərəfindən diploma layiq görülüb. O, həmçinin nəşr olunan kitablarını Qars Qafqaz Universitetində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin kitabxanasına hədiyyə edib.
Şərhlər