Dövlət universitetində atışma - 1 nəfər ölüb

24.10.2015 01:46     Sosreaksiya     1493

ABŞ-ın Tennessee Dövlət Universitetində silahlı toqquşma nəticəsində bir nəfər həlak olub.

Reaksiya.az-ın məlumatına görə, silahlı insident zamanı daha üç nəfər isə ağır yaralanıb.

Bu barədə ABŞ polisi məlumat verib. Nashville şəhərinin polisi tvitter sosial şəbəkəsində bildirib ki, zorakı hadisə zər oyunu ilə bağlı yaranmış mübahisədən sonra baş verib. Mübahisə nəticəsində 19 yaşlı tələbə həyatını itirib və hadisənin baş verdiyi yerdən keçən üç tələbə isə yaralanıb. Hazırda universitet polis tərəfindən ciddi nəzarətə götürülüb və faktla bağlı araşdırmalar aparılır.

Şərhlər