Türkiyəyə keçən 4 İŞİD üzvü axtarılır

24.10.2015 09:27     Sosreaksiya     1812

Türkiyə  güc strukturları irimiqyaslı terror aktları törətmək məqsədi ilə ölkəyə 4 İŞİD üzvü, 3 kişi və 1 qadının Suriyadan daxil olduğunu bəyan edib.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, həmin şəxslər təyyarə və ya gəmi qaçırmaq, yaxud nümayişlər zamanı partlayışlar törətməyə dair təlimatlandırılıblar.

Saxta pasportlardan istifadə edən terroristlərin fotoşəkilləri artıq kütləvi informasiya vasitələrinə paylanıb. Onlardan 3-ü Türkiyə, 1 isə  Qazaxıstanda doğulmuş Almaniya vətəndaşıdır. 

Qeyd edək ki, axtarışda olanlar arasında Ankarada baş vermiş terror aktında adı keçən Ömer Deniz Dündar da var.

Şərhlər