Aşura Günü ilə əlaqədar qanvermə aksiyası keçirilir

24.10.2015 10:17     Sosreaksiya     1905

Bu gün Azərbaycanda Aşura Günü ilə əlaqədar qanvermə aksiyası keçirilir.

Reaksiya.az trend-ə istinadən xəbər verir ki, Bakının Yasamal rayonu Təzəpir məscidindən verilən məlumata görə, bu məsciddə qanvermə aksiyası saat 7:30-dan başlayıb. Hazırda saat 9:30-a olan məlumata görə, qanvermə aksiyasında 108 nəfər artıq iştirak edib.

Təzəpir məscidindən onu da bildiriblər ki, qanvermə aksiyası saat 18:00-a qədər davam edəcək. Lakin qanvermə aksiyasında iştirak etmək istəyənlərin sayı çox olacağı təqdirdə, aksiyanın davam etməsi saatları uzadıla da bilər.

Hematologiya və Transfuziologiya İnstitutunun Diaqnostika laboratoriyasının müdiri Elxan Nağıyevin bildirdiyinə görə, qanvemə aksiyasında iştirak edənlərin sağlamlıq durumu mütləq müayinə edilir, qan təzyiqi ölçülür:

"Sağlamlığında problemlər olan insanlara bu aksiyaya qoşulmamaq məsləhət edilir. Bu saata qədər 7 belə könüllü geri qaytarılıb".

Təzəpir məscidindən onu da bildiriblər ki, qanvermə aksiyasında iştirak etmək istəyənlərin sayında ötən illə müqayisədə artım müşahidə olunur.

Şərhlər