PKK Rusiyanın “Metis M” raketini istifadə etməyə başladı
24.10.2015 11:49 Sosreaksiya 1875
Şırnakın Beytüşşebap rayonunda keçirilən əməliyyatda ələ keçirilən raketin Rusiya istehsalı olan “Metis M” olduğu müəyyənləşdirilib.
Reaksiya.az xəbər verir ki, Beytüşşebap rayonunun başçısı Kadir Güntepe Twitter hesabında verdiyi açıqlamada aparılan polis əməliyyatında ilk dəfə PKK-nın istifadə etdiyi bir raketə rast gəlindiyini deyib.
RAKETLƏR RUS İSTEHSALI
Polkovnik-leytenant Kadir Güntepenin fotoşəkilini paylaşdığı raketlər qarşıdurmalar zamanı terrorçuların yerləşdiyi evin bağçasından çıxıb.
SURİYADAN TƏMİN EDİLİR
PKK-nın “Metis M” raketlərini Suriyadan təmin etdiyi bildirilir. Suriya lideri Bəşər Əsəd çıxışında PKK-ya raket verəcəyini açıqlamışdı. Bundan bir müddət sonra isə PKK-nın Suriyadan raket təmin etdiyinə dair məlumatlar hərbi kəşfiyyat hesabatlarında əks olunmuşdu.
Rusiya tərəfindən 1992-ci ildən istehsal edilməyə başlanılan raket 2 km məsafəni hədəfə ala bilir.
Dəyəri 70 min dollar olan bu raketlər Rusiya, Suriya, İran, Hizbullah, Bolqarıstan, Şimali Koreya, Ermənistan, Xorvatiya, Banqladeş, Macarıstan və Ukrayna istifadə edilir.
Şərhlər