Şiə məscidində partlayış baş verdi - Banqladeşdə

24.10.2015 12:50     Sosreaksiya     2042

Bu gün səhər saatlarında Banqladeşin paytaxtı Dəkkədə şiə məscidində silsilə partlayışlar baş verib.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, partlayışlar nəticəsində bir nəfər ölüb, 100 nəfər xəsarət alıb.

Ölən 12 yaşlı oğlan uşağı olub.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

İlkin məlumatlara görə, naməlum şəxslər məscidin içərisinə azı 5 partlayıcı qurğu atıblar. Hələlik partlayışlara görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Hüquq-mühafizə orqanları iki şübhəli şəxsi saxlayıblar.

Paytaxt polisinin nümayəndəsi Asaduzamn Mia hücumun ölkədə qarışıqlıq yaratmaq məqsədilə törədildiyini bəyan edib: “Bu, sabotajdır. Aydındır ki, hücum öncədən planlaşdırılıb”, - deyə o əlavə edib.

Şərhlər