Gələn həftə hava kəskin dəyişəcək

24.10.2015 14:27     Sosreaksiya     1732

Gələn həftə ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Reaksiya.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, oktyabrın 26-dan 29-dək ölkə ərazisində hava şəraitinin yenidən qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur tədricən 4-7 dərəcə aşağı enəcək.

Şərhlər