Əməkdar artist vəfat etdi

24.10.2015 14:47     Sosreaksiya     2151

Dövlət Musiqili Teatrının aktrisası, əməkdar artist Gülnar Salmanova dünyasını dəyişib.

Reaksiya.az xəbər verir ki, bu barədə jurnalist İradə İsaq öz “Facebook” hesabında yazıb. O, aktrisanın bu dəqiqələrdə vəfat etdiyini bildirib.

Məlumat üçün bildirək ki, Gülnar Salmanovanın vəziyyəti oktyabrın 19-da ağırlaşıb.

O, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyinin köməkliyi ilə Sabunçu rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmişdi. Onu da bildirək ki, aktrisa xərçəng və şəkərli diabet xəstəliyindən əziyyət çəkirdi.

Şərhlər