"Böyük daşqınlar yarana bilər" - Hökumətdən xəbərdarlıq
24.10.2015 17:05 Sosreaksiya 1926
“Patricia qasırğası gətirdiyi güclü yağışlarla daşqın və sürüşmə təhlükəsi yaradıb, ancaq o, gözlənildiyindən daha az zərər yetirib”.
Reaksiya.az xəbər verir ki, bu sözləri Meksika prezidenti Enrique Pena Nieto deyib.
ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanı beşinci dərəcəli fırtına kimi dəyərləndirib. Bu ən yüksək təsnifat hesab olunur.
Lakin qasırğa zəifləyərək ikinci kateqoriyalı tropik fırtınaya çevrilib.
Qasırğa Meksikanın qərbinə yaxınlaşıb, özü ilə dağıdıcı külək və yağışlar gətirsə də, elə də ciddi itkinin baş vermədiyi bildirilir.
İndi Patricia Meksikadan şimala doğru hərəkət edir.
Qasırğanın ölkənin daxilində hərəkəti xüsusilə Nayarit, Jalisco, Colima, Michoacan və Guerrero ştatlarına təhlükə yaradır.
Puerto Vallarta sakinləri qasırğadan öncə evlərindən evakuasiya edilib
Meksika federal polisi bildirib ki, Colima ştatında “kiçik sürüşmələr və ağacların yıxılması” qeydə alınıb.
Lakin hökumət xəbərdarlıq edib ki, bu il aktiv olmuş Colima vulkanının külləri güclü yağışlarla qarışa bilər və böyük daşqınlara səbəb ola bilər.
Təxminən 400 min insan həssas bölgələrdə yaşayır. Bu haqda Meksika Milli Fəlakət Fondu bildirib.
Amerika qitəsində qeydə alınmış ən güclü hesab edilən qasırğanın "fəlakət törətmə potensialı"nın olduğu bildirilirdi və ciddi zərər törədəcəyi gözlənilirdi.
Cümə günü günorta və axşam, sürəti saatda 200 km olan qasırğanın hər şeyi alt-üst edəcəyi bildirilirdi.
Meksika hakimiyyəti Patricia qasırğasından qorunmaq üçün bəzi sakinlərin təxliyəsinə başlamışdı.
Bu qasırğa 2013-cü ildə Filippində 6300 nəfərin ölümünə səbəb olan Haiyan tayfunu ilə müqayisə edilir.
Patricianın keçəcəyi üç rayonda fövqəladə vəziyyət elan edilib.
ABŞ Milli Qasırğa Mərkəzi vurğulayıb ki, Patricia fəlakət törətmə potensialındadır və Atlantik və ya Sakit okeanında qeydə alınan ən güclü qasırğadır.
Şərhlər