“Seçki məntəqələri panduslarla təmin olunacaq”
25.10.2015 00:09 Sosreaksiya 1535
“Deputatlığa namizədliyi qeydə alınanların yarısı siyasi partiyaların namizədləridir”.
Reaksiya.az-ın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.
M. Pənahov deyib ki, seçki məntəqələrində quraşdırılmış veb-kameralar komissiya üzvlərinin əyləşdiyi masaları və seçki qutusunu göstərməlidir: “Naxçıvanda Milli Məclislə bərabər Naxçıvan Ali Məclisinə seçkilər keçirilir. Naxçıvanda veb-kameralar quraşdırılmış seçki məntəqələrində həm Azərbaycan, həm də ingilis dilində aydın yazılmalıdır ki, Milli Məclisə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər keçirilir. Bu da seçki məntəqəsində quraşdırılmış veb-kamerada aydın görünməlidir”.
M. Pənahov qeyd edib ki, əlil seçicilər üçün seçki məntəqələrində pandusların quraşdırılması məsələsi xüsusi diqqət mərkəzində olmalıdır: “Fiziki imkanları məhdud insanlar üçün ictimai tədbirlərdə iştirak etmək önəmlidir. Seçki məntəqələrində pandusların quraşdırılması çox mütərəqqi bir addımdır və bu, mətbuatda təbliğ olunmalıdır. Seçki məntəqələri panduslarla təmin olunacaq”.
Şərhlər