İtaliya Agentliyi Bakı sərgisindən yazdı
25.10.2015 00:41 Sosreaksiya 2192
İtaliyanın “İl Velino” Agentliyi Bakıda keçirilən 21-ci Beynəlxalq İnşaat Sərgisindən (BakuBuild 2015) bəhs edən məqalə yayıb.
Reaksiya.az xəbər verir ki, məqalədə deyilir:
Tikinti və inşaat sektoru üzrə önəmli tədbirlərdən biri olan bu sərgi 30 ölkədən 530-dan artıq şirkəti bir araya gətirib. İtaliyanın da geniş nümayəndə heyəti ilə qatıldığı bu tədbir müxtəlif ölkələrin müvafiq sahədə fəaliyyət göstərən şirkətləri arasında yeni tərəfdaşlıq əlaqələrinin qurulması baxımdan böyük əhəmiyyət kəsb edir. 21-ci dəfə keçirilən sərgi həm iştirakçı şirkətlər, həm də yerli inşaat bazarının inkişafı üçün geniş imkanlar yaradır.
Müəllif vurğulayır ki, belə önəmli tədbirə Azərbaycanın ev sahibliyi etməsi bu ölkədə tikinti sektorunun dinamik inkişafından, ölkə iqtisadiyyatının tərəqqisində önəmli payı olmasından xəbər verir.
Şərhlər