İki uşaq anasını elektrik cərəyanı vurub
26.10.2015 00:48 Sosreaksiya 1704
Şəmkirdə bədbəxt hadisə baş verib.
Reaksiya.az-ın verdiyi məlumata görə, hadisə rayonun Sabirkənd kəndində qeydə alınıb.
Kənd sakini, 1988-ci il təvəllüdlü Bayramova Jalə Sabir qızı yaşadığı evin vanna otağında paltar yuyarkən ehtiyatsızlıqdan elektrik cərəyanına toxunub və hadisə yerində ölüb. J. Bayramova iki uşaq anası olub.
Faktla bağlı Şəmkir rayon Prokurorluğunda araşdırma aparılır.
Şərhlər