İŞİD terrorçuları 2 polisi öldürdü - Türkiyədə

26.10.2015 11:06     Sosreaksiya     1796

Türkiyənin Diyarbəkr vilayətində İŞİD terrorçularının hücumu nəticəsində iki polis əməkdaşı şəhid olub.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, bu gecə bir evdən açılan atəşlə 2 polis ölüb, 4 polis isə ağır xəsarət alıb.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində başlayan əməliyyatlar hələ də davam edir.

Atəşin vilayət mərkəzində İŞİD terrorçularının istifadə etdiyi gizli mənzildən açıldığı müəyyənləşib. Onların zərərsizləşdirilməsi üçün keçirilən əməliyyatla 4 terrorçu məhv edilib.

Hazırda ərazidən silah səsləri gəlir.

Şərhlər