Qətl törədənlərə hökm oxundu - Bakıda

26.10.2015 11:38     Sosreaksiya     2017

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Kərim Kərimov və Fuad Əliyevin cinayət işi məhkəmə prosesi başa çatıb.

Reaksiya.az apa-ya istinadən xəbər verir ki, məhkəmənin hökmü ilə Kərim Kərimov 18 il, Fuad Əliyev 17 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Kərim Kərimov, Fuad Əliyev, İlham Şadıyev və Əli Süleymanov “Xəqani” bağında olarkən Şahin Quliyevlə mübahisə ediblər. Bu zaman K. Kərimov üstündə gəzdirdiyi bıçaqla, Fuad Əliyev isə fiziki zor tətbiq etməklə Ş. Quliyevə müxtəlif dərəcəli bədən xəsarətlər yetirərək hadisə yerindən qaçıblar. Ş. Quliyev xəstəxanada ölüb.

Şərhlər