Sürət qatarına hər iki istiqamətdə bilet almaq olacaq

26.10.2015 11:52     Sosreaksiya     1862

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən sərnişin qatarlarında xidmət səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bir sıra layihələr həyata keçirilir.

Reaksiya.az  trend-ə istinadən xəbər verir ki, bunu açıqlamasında Qurumun Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov deyib.

N.Əzməmmədovun sözlərinə görə, Gürcüstandan Azərbaycana gələn 37 №-li Tbilisi-Bakı sürət qatarına dəmir yolu biletləri əldə etmək istəyən sərnişinlər artıq Bakı sərnişin vağzalındakı 2 №-li bilet kassasına müraciət edə bilərlər:

"Sərnişinlər bu günə kimi Bakı-Tbilisi-Bakı sürət qatarına ancaq bir istiqamətə bilet ala bilirdilərsə, hazırda bilet satışı hər iki istiqamətə aparılır".

Xatırladırıq ki, 2013-cü ilin avqust ayının 6-dan etibarən 2 №-li bilet kassasında Rusiya və Ukraynaya hərəkət edən sərnişin qatarlarına və geriyə Azərbaycanda bilet satışı uğurla aparılır.

Şərhlər