DİN-dən silahlı insidentlə bağlı açıqlama

26.10.2015 13:04     Sosreaksiya     2634

Daxili İşlər Nazirliyi (DİN) Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

Reaksiya.az  xəbər verir ki, bu haqda məlumat DİN-in saytında yer alıb. Oktyabrın 26-da saat 05 radələrində Xətai rayonu ərazisində xidmətdə olan 36-cı Polis Bölməsinin əməkdaşları İltifat Bayramov və İsmayıl Şahbazov şübhə doğuran 2 nəfərə yaxınlaşarkən onlardan biri odlu silahdan açdığı atəşlə İ.Bayramova ayaq nahiyəsindən xəsarət yetirib  hadisə yerini tərk ediblər.

Görülmüş tədbirlərlə onlardan biri - Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Yevgeniy Antonovskiy tutulub və ondan kustar üsulla hazırlanmış tapança götürülüb.

 Faktla bağlı araşdırmalar aparılır.

 

Şərhlər