Günün qoroskopu: Vədləri əsla unutmayın
27.10.2015 00:03 Sosreaksiya 1807
Qoç - Yerinə yetirmədiyiniz vədləri, unutduğunuz öhdəlikləri bu gün sizə xatırladacaqlar. Günəş və Marsın münasibətlərinin günə təsiri işinizin artmasına səbəb olacaq.
Ruh düşkünlüyü, depressiyaya qapılmayın.
Narazılığın ən yaxşı "dərman"ı işdir.
İş nə qədər ağır və mürəkkəb olarsa, gün bir o qədər sürətlə keçəcək.
Buğa - Cəsarətli olun. Bu gün ulduzlar sizi himayə və müdafiə edir. Danışıqlar, müzakirələr, informasiya və sənədlərlə iş, təhsil və səfər üçün əlverişli gündür.
Bacarıqlarınızın nümayişi yaxşı effekt verə bilər.
İşgüzar tərəfdaş, şəriklə dil tapmaq asan olacaq. Əməkdaşlıqla bağlı yeni təkliflərin alınması istisna deyil.
Şəxsi həyatda stabilləşmə zamanıdır. Ümumi maraqlar arayın, yaxın gələcəklə bağlı planları müzakirə edin.
Əkizlər - Günün əvvəlində pis xəbər ala bilərsiniz, şərait çox gərgin olacaq. Özünüz də istəmədən və yersiz olaraq hamının diqqət mərkəzinə düşəcəksiniz. Ətrafınızdakılar istəmədiyiniz halda məsləhətlər verir, eşitmək istəmədiyiniz mülahizələr söyləyirlər. Baş verənlərdən narazılığınızı gizlətmək çətindir, amma məcbursunuz.
Əvvəldən düşündüyünüz planlara riayət etmək çətindir, onları yenidən gözdən keçirib, uyğunlaşmaq lazım gəlir. Axşam isə böyük güc sərf etmədən bütün problemlərinizi həll edə biləcəksiniz.
Xərçəng - Kömək gözləməyib özünüz işə başlasanız, xeyli nailiyyət əldə edə bilərsiniz. Möhtəşəm layihələrdən yapışmaq vacib deyil: hətta ən balaca işi də diqqətəlayiq və baxımlı nəticəyə çatdıra bilərsiniz. Maliyyə vəziyyətiniz yaxşıdır. Əlinizə pul gələcək, amma çox durmayacaq.
Bir çox tənha Xərçənglərin bəxti sevgidə gətirəcək. Elə bir gündür ki, istənilən görüş taleyüklü ola bilər. Kiməsə qarşı ani rəğbət sürətlə ciddi hissə çevrilir.
Şir - Ehtiyatlı olmalısınız. Bu gün buraxdığınız səhvlər işdə ciddi problemlər yarada bilər. Bütöv bir kollektivin görməli işi boynunuza götürməyin. Etibarlı və zəhmətsevər köməkçilər tapa bilərsiniz, bunun üçün onları sadəcə olaraq axtarmaq lazımdır. Düzdür, onlarla qələbəni də bölüşməli olacaqsınız, amma narahat olmağa dəyməz, yenə də qazanan siz olacaqsınız.
Sevdiyiniz şəxslə sizin ikinizi də uzun müddətdir narahat edən məsələləri müzakirə edə bilərsiniz. Söhbətə başlamaqdan çəkinməyin, eşidəcəkləriniz sizi sevindirəcək.
Qız - İşdə ciddi problemlər yarana bilər. Mövqeləriniz elə də möhkəm deyil, istənilən bədxahınız çətinlik çəkmədən sizə ciddi zərbə vura bilər. Ən sadə işlərdə də səhvlər edirsiniz və bunları peşəkar gələcəyinizin birbaşa asılı olduğu insanlar dərhal görürlər.
Şəxsi həyatınızda dəyişiklik etmək yanğısı sizi düşünülməmiş hərəkətlərə təhrik edir. Məhz bu səbəbdən hətta özünüzün də sonunun olmayacağını gördüyünüz münasibətlərə başlayırsınız. Mənfi tendensiyaların təsirindən qaçmaq olar, bunun üçün diqqətli və ehtiyatlı olmaq, risklərdən imtina etmək və ağıllı birinə güvənmək lazımdlır.
Tərəzi - Çox çətin gündür. Xeyli vaxtınız hədər gedəcək, qalaqlanan problemlərin öhdəsindən gəlmək ümidi ilə çoxlu əbəs səylər göstərəcəksiniz. Maddi vəziyyət o qədər də yaxşı deyil: bazarlıqlar uğursuz olacaq, maliyyə itkisi mümkündür. Səfərlər pis başlamayacaq. Amma onların nəticələri gözləntiləri doğrultmayacaq. Ətrafdakılarla yola getmək çətin olacaq. Üstəlik, insan sizin üçün nə qədər yaxın və dəyərlidirsə, qarşılışlı anlaşmaya nail olmaq şansı bir o qədər azdır. Yeni tanışlarınız barədə layiq olduqlarından da yaxşı düşünürsünüz. Bu, düşünülməmiş hərəkətlərə, ciddi səhvlərə səbəb ola bilər.
Əqrəb - Uğur şanslarınız çox yüksəkdir. Az iş qalır - vacib qələbələri məhz hansı sahədə qazanmağı müəyyənləşdirmək lazımdır. Düzgün seçimi bir neçə uğursuz cəhddən sonra edəcəyiniz istisna deyil. Amma bu uğursuz cəhdlər sizi məyus etməyəcək və ruhdan salmayacaq.
Bir qədər səbr və üzüyolalıq sevdiyiniz şəxslə münasibətlərinizə son vaxtlar kölgə salan fikir ayrılıqlarını aradan qaldırmağa kifayətdir. Sizi çoxdandır narahat edən çətin məsələnin həlli də mümkün olacaq. Qoy cavab tam istədiyiniz kimi olmasın. Amma nöqtə qoyulması ilə həyat daha da asanlaşacaq.
Oxatan - Bu gün kifayət qədər sakit keçəcək, heç nə ilə təəccübləndirməyəcək, məyus etməyəcək və sevindirməyəcək. Bürcün nümayəndələri əvvəlcədən qurulmuş plan üzrə hərəkəti davam etdirəcəklər və bu, onlarda pis alınmayacaq. Lakin yeni imkanlar adətən tam dəyərləndirilmiş olmayacaq və istifadə edilməyəcək. Əgər daha çox çeviklik nümayiş etdirsəniz, gün daha maraqlı ola bilər.
Ailə üzvləri ilə fikir ayrılıqları mümkündür. Maliyyə və mülklə bağlı məsələlərdə vahid rəyə gəlmək olduqca çətindir. Siz puldan həmişəkindən daşa çox sadəlövhlüklə istifadə edirsiniz. Yaxınlarınız sizi qınayacaq və inadla qənaətə çağıracaqlar.
Oğlaq - Çox mürəkkəb gündür. Hər biri xeyli vaxtınızı və gücünüzü alacaq bir sıra mürəkkəb məsələnin həlliylə məşğul olmaq lazım gələcək. Çox tezliklə yorulduğunuzu hiss edəcəksiniz, amma sizə dincəlməyə imkan verməyəcəklər. Köhnə dostlarınızla elə münaqişə yaşaya bilərsiniz ki, sonra aranı düzəltmək çox çətin olar.
Sevgilinizlə ünsiyyət də sevindirmir: aydın olur ki, aranızdakı fikir ayrılıqları çox dərinmiş, bundan sonra birlikdə olmağınız sizin üçün qaranlıqdır. Özünüzdən çıxmayın, tezliklə şərait yaxşılaşacaq və siz hadisələrə artıq başqa gözlə baxacaqsınız.
Dolça - İrihəcmli və mürəkkəb işləri bir kənara qoyun: onların vaxtı hələ çatmayıb. Diqqətinizi xırdalıqlara yönəldin. Kağızları, vacib sənədləri qaydaya salın: bu gün lazımi imzaları, yaxud viza almaq olar. Maliyyə vəziyyətiniz yaxşıdır.
Emosional fon sabit deyil. Günün birinci yarısı əhvalınız yaxşı olacaq. Axşama doğru isə pisləşəcək. Yaşlı qohumlarınızla münaqişələr mümkündür. Pul, yaxud qiymətli əmlak üstündə mübahisəniz düşə bilər. Günün sonunda başınız ağrıya bilər.
Balıqlar - Bütövlükdə pis gün deyil və onu çox gözəl keçirmək olar. Qarşınıza çətin əldə olunan məqsədlər qoymayın. İndi yaxşı olar ki, aza qane olasınız, lazımi istiqamətdə isə addım-addım irəliləyəsiniz. Bu gün sizə kömək etməyə başlayan isnanlar hələ uzun müddət tərəfdaşınız olacaqlar.
Cazibəniz çox güclüdür. Hiss edirsiniz ki, ətrafınızdakılarda unudulmaz təəssüratlar yaradırsınız. İmkandan istifadə edib maraqlı tanışlıq qura bilərsiniz: onun davamı çox romantik ola bilər.
Şərhlər